SON DƏQİQƏ

Bu gün 2 rayonda qaz olmayacaq

Tarix:

3-05-2018, 10:25

/ 10 312 dəfə oxundu.
Bu gün 2 rayonda qaz olmayacaq

SOCAR-ın "Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

"Azəriqaz” İstehsalat Birliyindən Gunaz.az -a verilən məlumata görə, diametri 1220 mm-lik "Astara-Qazıməmməd" maqistral qaz kəmərinin 102-103-cü km-lərində avtomobil yolu ilə kəsişən və yeni çəkilərək təhlükəsiz əraziyə köçürülmüş hissəsinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar, mayın 3-də saat 09:00-dan işlər yekunlaşdırılanadək təmir işləri aparılacaq. Təmir müddətində Masallı və Cəlilabad rayonlarının yaşayış məntəqələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

"Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz” İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir", – deyə məlumatda vurğulanıb.

скачать dle 12.1

Şərhlər