SON DƏQİQƏ

Sabah bu yaşayış məntəqəsində qaz olmayacaq

Tarix:

17-04-2018, 20:22

/ 10 272 dəfə oxundu.
Sabah bu yaşayış məntəqəsində qaz olmayacaq

"Qaradağ-Sumqayıt" magistral qaz kəmərinin 27-28-ci km-lər arası dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, sabah saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik "Qaradağ-Sumqayıt" magistral qaz kəmərindən qidalanan "Qobu", "Müşviqabad", "Pirəkeşkül", "Ceyranbatan" Qaz Paylayıcı Stansiyalarından və "Aşağı Güzdək" Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq.

"Azəriqaz" İB-dən Gunaz.az-a verilən məlumata görə, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül, Aşağı Güzdək yaşayış sahələrində və Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək və yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz" İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ