SON DƏQİQƏ
» » Gənc ayaqqabılarını çıxarıb uşağa verdi, yoluna corabla davam etdi

Gənc ayaqqabılarını çıxarıb uşağa verdi, yoluna corabla davam etdi

Tarix:

3-05-2018, 08:00

/ 10 316 dəfə oxundu.
Gənc ayaqqabılarını çıxarıb uşağa verdi, yoluna corabla davam etdi

Mərhəmətli insanlara dünyanın hər yerində rast gəlmək olur. Yetər ki, ətrafdakılar da yaxşı əməllərdən bir dərs çıxarmış olsun.
Türkiyənin Samsun şəhərində tramvayda bir gənc sərnişin insanların dörd gözlə izlədiyi hadisənin qəhrəmanı olub. O, ayağında ayaqqabısı olmayan bir uşağa öz ayaqqabılarını çıxarıb verib.
Oturduğu yerdən qalxan gənc, uşağın yanına gedərək söhbət etməyə başlayıb. Gənc söhbətin ardından ayağındakı ayaqqabıları çıxarıb, uşağa verib. Ayaqqabıları uşağın ayağına geydirib bağlarını da bağlayan gənc, corabla yoluna davam edib. Gəncin davranışı tramvaydakı sərnişinlər tərəfindən təqdir edilib.
Görüntüləri çəkən lisey şagirdi Əmrə Enes Köse hadisəni belə izah edir:
"Tramvaya mindim. Samsun istiqamətinə 2 uşaq da tramvaya mindi. İmmiqrant olduqlarını zənn edirik. Birinin ayaqqabısı cırıq idi. Digərinin heç ayaqqabısı yox idi. Tramvaydakılar onlarla söhbət etdi. Haradan gəldiklərini soruşdu. Sonra bir qardaş gəldi. Ayaqqabısını çıxardaraq uşağa geydirmək istədi. Uşaq ilk başda qəbul etmədi. Sonra israra dözməyib ayaqqabını geyməyi qəbul etdi. Hava da yağışlı idi. Ayaqqabısını verən qardaş, yoluna ayaqyalın davam etdi. Hadisəni görüncə şəkillərini çəkmək istədim. Çox gözəl bir hadisə idi, ölümsüzləşdirmək istədim. Öz ictimai media hesabımda paylaşdım. Bir anda foto yayılaraq gündəm oldu. Qardaşın ayaqqabısını uşağa verdiyi anda hər kəs duyğulandı.
İctimai mediada gündəm olan paylaşmadan sonra Samsun Böyükşəhər Bələdiyyəsinin əməkdaşları təşəkkür etmək istədikləri gəncə və kömək etdiyi uşağa ulaşmağa çalışır.
скачать dle 12.1

Şərhlər