SON DƏQİQƏ
» » Azərbaycanda I qrup əlillərin sosial müavinəti artırıldı

Azərbaycanda I qrup əlillərin sosial müavinəti artırıldı

Tarix:

30-04-2018, 16:43

/ 10 305 dəfə oxundu.
Azərbaycanda I qrup əlillərin sosial müavinəti artırıldı

Əlillik, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə, I qrup əlilliyə görə sosial müavinətin miqdarı artırılıb.

Gunaz.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin imzaladığı “Əlillik ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən baş verdikdə I qrup əlilliyə görə sosial müavinət alanlara Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında fərmanında dəyişiklik edilməsi barədə fərmanda əksini tapıb. 

Bu şəxslər üçün sosial müavinətin miqdarı 66 manatdan 73 manata qaldırılıb. 

Fərman 2018-ci il martın 1-dən tətbiq edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ