SON DƏQİQƏ
» » Paltarınızın rəngi solmaması üçün 6 MƏSLƏHƏT

Paltarınızın rəngi solmaması üçün 6 MƏSLƏHƏT

Tarix:

18-04-2018, 15:03

/ 10 272 dəfə oxundu.
Paltarınızın rəngi solmaması üçün 6 MƏSLƏHƏT

Bir çox hallarda aldığımız geyimlər bir neçə dəfə geyindikdən sonra öz rəngini itirməyə başlayır. Hətta onu bir daha yumağa qorxuruq ki, tamamilə rəngini itirərək, solacaq. Bəs necə edək ki, paltarlarımızın rəngi solmasın? Bununla bağlı faydalı məsləhətləri sizlərə təqdim edirik:

 

Soda

Ağ geyimlərinizin ilk günki kimi görünməsini istəyirsinizsə, ağ geyimlərinizin yuyulma suyuna bir stəkan soda əlavə edə bilərsiniz.

 

Qara istiot

Geyimlərinizi paltaryuyan maşına qoymazdan əvvəl ona bir çay qaşığı qara istiot əlavə edin. Qara bibər həm paltarlarınızın rəngini, həm də parçasını qoruyacaq. Diqqət edəcəyiniz tək məqam isə suyun isti yox, ilıq olmasıdır.

 

Sirkə

Paltarlarınızın daha ağ görünməsi üçün onları durulayarkən sirkə əlavə edə bilərsiniz.

 

Duz

Rəngli və qara geyimlərin rənginin solmaması üçün onları duzlu suda islağa qoymaq lazımdır.

 

Yumurta qabığı

Ağ paltarlarınızı qaynadarkən ona yumurta qabığı əlavə etsəniz, ağappaq nəticəyə nail olacaqsınız.

 

Çay və qəhvə

Əgər tünd rəngli paltarlarınızın solmasından şikayətçisinizsə, onları dəmlənmiş çay, ya da qəhvə ilə yuya bilərsiniz. 

 

 

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ