SON DƏQİQƏ

Ayağı tərləyənlər üçün - Təbii vasitələr

Tarix:

3-03-2018, 19:36

/ 10 585 dəfə oxundu.
Ayağı tərləyənlər üçün - Təbii vasitələr

Gunaz.az lent.az-a istinadən ayaq tərləməsinə qarşı effektiv təbii vasitələri təqdim edir.
 
Hər gün mütəmadi olaraq bir stəkan ilıq suya iki çay qaşığı sirkə töküb içmək ayaqlarınızdakı tərləmə problemini aradan qaldırmağa kömək olacaq.

Buna alternativ olaraq, bir ləyən suya əlavə ediləcək bir neçə qaşıq sirkədə ayaqlarınızı saxlamağınız da ayaq tərləməsi və buna bağlı olaraq yaranan ayaq qoxusunun qarşısını ala bilər.

Pomidor suyu

Bir, ya da iki pomidoru əzərək ayaqlarınıza sürtə bilərsiniz. İlıq su ilə yuyub duruladığınızda bir neçə gün ərzində aradakı fərqi görəcəksiniz.

Kartof

Əzilib suyu çıxarılan çiy kartof ayaqlara vurulub saxlandıqda eynən pomidor kimi, tərkibindəki enzimlər sayəsində ayaqlarınızdakı tərləməni azaldacaq.

Qarğıdalı nişastası və soda

İlıq su ilə yuduğunuz ayaqlarınızı qarğıdalı nişastası və soda qarışımı ilə ovub bir saat saxlayın. Sonra duruladığınızda ayaq tərləməsi probleminizin qarşısını almış olacaqsınız.

Qara çay

Qara çayın tərkibindəki tannik turşusu dəmlənmiş və süzülmüş çay yarpaqları ilə ayaqlara masaj edildiyində dəriyə keçir və qoxu problemini bir xeyli azaldır.

Kakos yağı

Kakos yağının anti-bakterial özəlliyi var. Ayaqlarınızı yatmazdan öncə bu yağla ovduğunuzda tərləmə probleminiz aradan qalxacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ