SON DƏQİQƏ
» » Türkiyəli məşqçi: "Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir"

Türkiyəli məşqçi: "Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir"

Tarix:

15-04-2018, 10:20

/ 10 302 dəfə oxundu.
Türkiyəli məşqçi: "Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir"

Azərbaycan böyük yarışların təşkilində bütün Avropadan irəlidədir.

Gunaz.az xəbər verir ki, bunu Trend-ə Türkiyənin batut gimnastikası yığmasının məşqçisi Şükrü Alp Arı deyib.

O qeyd edib ki, türkiyəli gimnastlar Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatından öncə ciddi hazırlıq keçiblər:

"Bizi fərdi yarışlarda iki gimnast və bir sinxron cütlük təmsil edir. Biz medallar uğrunda mübarizə aparmaq istəyirik".

Məşqçinin sözlərinə görə, Türkiyə nümayəndə heyəti turnirin təşkilindən çox razıdır: "Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığımızı bildirmək istərdik. Düşünürəm ki, Azərbaycan böyük turnirlərin təşkilində bütün Avropadan irəlidədir".

Qeyd edək ki, Bakıda batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə Avropa çempionatının üçüncü günü davam edir.

Azərbaycanı İlya Qrişunin, Ruslan Ağamirov, Veronika Zemlyanaya, Svetlana Makştarova və Selcan Maqsudova təmsil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ