SON DƏQİQƏ

Azərbaycanda yeni xəstəxanalar tikiləcək

Tarix:

10-04-2018, 13:54

/ 10 662 dəfə oxundu.
Azərbaycanda yeni xəstəxanalar tikiləcək

2018-ci ildə Azərbaycanın 6 şəhərində yeni xəstəxanalar tikiləcək.

Gunaz.az Trend -ə istinadən xəbər verir ki, bunu səhiyyə turizmi mövzusuna həsr olunan Azərbaycan-Almaniya biznes-forumunda Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov deyib.

O, bildirib ki, son illərdə ölkədə 600-dən çox səhiyyə müəssisəsi tikilib və ya yenidən qurulub:
"Bununla da Azərbaycanın hər şəhərində yüksək səviyyəli tibbi yardım göstərilməsi üçün şərait yaradılır".

Bakıda keçirilən biznes-forumda səhiyyə turizmi sahəsində çalışan 130-dan çox şirkətin nümayəndələri iştirak edirlər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ