SON DƏQİQƏ
» » AŞ PA-nın müşahidə missiyası artıq Bakıdadır

AŞ PA-nın müşahidə missiyası artıq Bakıdadır

Tarix:

9-04-2018, 13:52

/ 10 263 dəfə oxundu.
AŞ PA-nın müşahidə missiyası artıq Bakıdadır

Azərbaycanda keçiriləcək Prezident seçkiləri üzrə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası artıq Bakıya gəlib.

Gunaz.az xəbər verir ki, bu barədə missiyanın tərkibində yer alan AŞPA-nın Azərbaycan üzrə Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak özünün "Twitter" səhifəsində yazıb.

Qeyd edək ki, Viorel Rikard Badeanın (Rumıniya) rəhbərlik etdiyi AŞPA missiyasına 33 müşahidəçi daxildir.

Bildirək ki, aprelin 11-də AŞPA müşahidəçiləri səsvermə prosesini müşahidə edəcək. Aprelin 12-də isə Azərbaycanda keçirilən seçkilərin monitorinqi ilə bağlı mətbuat konfransı keçiriləcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ