SON DƏQİQƏ
» » Prezident seçkiləri günü hava necə olacaq? - AÇIQLAMA

Prezident seçkiləri günü hava necə olacaq? - AÇIQLAMA

Tarix:

9-04-2018, 12:21

/ 10 254 dəfə oxundu.
Prezident seçkiləri günü hava necə olacaq? - AÇIQLAMA

Azərbaycanda Prezident seçkiləri gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Gunaz.az -a açıqlamasında deyib ki, aprelin 10-11-də ölkə ərazisində hava şəraitinin sabit və əsasən, yağmursuz keçəcəyi gözlənilir: "Aprel ayının 11-i axşam isə bəzi dağlıq ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var".

G.Məmmədova qeyd edib ki, növbəti iki gündə temperatur rejimində ciddi dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 15-19, bölgələrdə 18-23, dağlıq ərazilərdə 11-16 dərəcə təşkil edəcək"

Onun sözlərinə görə, aprelin 10-11-də ölkə ərazisində cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunacaq.

Qeyd edək ki, aprelin 11-də Azərbaycanda Prezident seçkisi keçiriləcək. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ