SON DƏQİQƏ

Çaylardakı son vəziyyət AÇIQLANDI

Tarix:

28-03-2018, 11:08

/ 10 273 dəfə oxundu.
Çaylardakı son vəziyyət AÇIQLANDI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədəki çayların son durumunu açıqlayıb.

Gunaz.az məlumat verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-170, Kiçik Qafqazın çaylarında 100-250, Lənkəran-Astara çaylarında 10-40, Naxçıvan MR çaylarında isə 80 faizini təşkil edir.

 

Martın 27-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 35 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 590 m3/s olmaqla ongünlük normanın 193 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm 175 m3/s olmaqla ongünlük normanın 57 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 87 m3/s olmaqla, ongünlük normanın 78 faizini təşkil edir. 2017-ci ildə isə bu göstərici 56 m3/s təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

 

Kür çayının aşağı axınında hazırki vəziyyət

 

Martın 27-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 13, Şirvan və Salyan məntəqələrində 10, Bankədə 3 sm azalma qeydə alınıb, lakin Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 325 sm (2017-ci il martın 27-də 374 sm), Şirvanda 191 sm (2017-ci il martın 27-də 253 sm), Salyanda 127 sm (2017-ci il martın 27-də 200 sm), Bankədə 171 sm (2017-ci il martın 27-də 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 50 sm (2017-ci il martın 27-də 73 sm) təşkil edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ