SON DƏQİQƏ
» » Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)

Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)

Tarix:

22-03-2018, 09:40

/ 11 223 dəfə oxundu.
Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)

Tarixi çox qədimlərə gedib çıxan, hər zaman tamaşaçıları qeyri-adiliyi və möcüzələri ilə heyrətləndirən qədim sənət növlərindən biri də fokus-illüziyadır. Bu sənətdən danışan zaman hər birimizin gözü önündə rəngarəngliklə dolu bir dünya, xəyal aləmimizdə canlandırdığımız və reallıqdan uzaq olan maraqlı bir həyat və aləm durur. Bu sənətlə daha yaxından tanış olmaq üçün, uzun illərdir ki, fokusun sirli sehrli dünyasına qərq olmuş, hər kəsin Sehrbaz kimi tanıdığı istedadlı illüzionist  Elmar Ibrahimov  ONN media-nın həmsöhbəti oldu. Onunla birgə, illərdir ki, insanların sirrini öyrənməyə çalışdığı fokus sənətinin tarixinə və bu gününə nəzər saldıq.




Elmar bəy , hansı illuziyanız daha çox insanlara maraqlıdır?


-Çox maraqlı sualdır. Bu işə yeni başlayanda hər kəs deyirdi ki, “Pulu çoxalda bilərsən?” Mən də cavab verirdim ki, bunu edə bilsəm heç dərdim olmaz (gülür). İlk başda fokuslarım yaxşı alınmırdı. Belə bir şey var idi, kağızı yandırırdın, küldən pul çıxarırdın üst – baş çirkli olurdu amma sonra illər keçdikcə yaxşı formada hazırladım və indi də onu göstərirəm. İnsanlar tərəfindən ən çox bəyənilən və istənilən illuziyamdır.Elmar İbrahimov: Fokusa baxmaq , əylənmək özüdə bir sağlamlıqdır-MÜSAHİBƏ (VİDEO)


Bu istedadı özünüzdə nə zaman hiss etmisiz?


-Birinci, ikinci sinifdə oxuyarkən hiss etmişdim. O, vaxtdan qeyri – adiliyə can atırdım. Əslində bilmirəm haradan yaranıb bu istedad amma incəsənətə əvvəldən marağım olub. Allah tərəfindən verilən qismət, ilahi gözəllikdir.


Bəs kimlərsə hansısa illuziyanızı öyrənmək istəyib?


-Bəli olub, ən çoxda pulu çoxaltmaq illuziyasını öyrətməyimi istəyiblər. Onlar elə bilirlər ki, həqiqətən bunlar olur, məcbur olursan xırdalığına kimi açıb deməyə buda illuziyanı maraqsızlaşdırır. Elə insan olub ki, dəfələrlə zəng vuraraq “Müəllim nə istəsən verərəm bunu öyrət mənə” deyib. Çağıraraq göstərmişəm , sirrini açmışam gördükləri kimi olmadığını görüb gediblər və bir daha da zəng vurmayıblar. İnsanlar bu sənəti incəsənət kimi qəbul edəndə daha xoş olur mənə.


Bu sənətin çətinlikləri nələrdir?


-Çətinlik odur ki, bu sənət heç zaman ələ yatmır, bir çox iş belədir. Evdə bir fokusu dəfələrlə məşq edirəm, alınır və sabah bu fokusu insanlara təqdim edəcəm deyirəm amma səhərsi əlimi atıram ya əlimdən yerə düşür, ya da söyləyirlər ki, gördüm. Gəlirəm yenidən məşq edirəm, yenə əlimə yatmır. Amma zamanla məşq etdikcə əlinə alışır və sənin olur, yavaş-yavaş insanlar bunu qəbul edir. Bu artıq sevimli nömrələrindən birinə çevrilir, həmişə istifadə edə bilirsən.


Sizcə yetəri qədər Azərbaycanda maraq varmı bu sənətə?


-Nəyin ki, Azərbaycanda bütün dünyada maraq var. Səhnə fokuslarım var, mən neçə illərdir hərbi hissələrdə, konsert proqramlarında çıxış edirəm. Hərbiçilərmizə asudə vaxtlarını daha maraqlı keçirmələri üçün tez-tez onlara baş çəkirəm. Dövlət tədbirlərində, uşaq və qocalar evlərində çıxışlarım olub. Çox sevirlər bu sənəti, düzdü bu sahə bizdə çox açılmayan, təbliği az olunan sahədir. Lakin biləndə ki, fokusyoram maraqla işlərimi izləmək istəyirlər. İnanın uşaqlı, qocalı hamının möcüzəyə, qeyri-adiliyə marağı çoxdur, bu bütün dünyada belədir. Bunun maraqlı cəhədi ondadır ki, bu sənətə tərcümə lazım deyil, hansı ölkədən olurlarsa – olsunlar sadəcə əlinlə göstərmək kifayət edir. Həm də gözəlliyi ondadır ki, uşaqlar, gənc nəsil, yaşlı nəsil sevir. Bundan gözəl istirahət ola bilməz.


Elə olub ki, hansısa illuziyanız tamaşaçılar qarşısında alınmayıb?


-Çox olub, lakin bunu tamaşaçı hiss etməyib. Elə anlayıblar ki, bu belə də olmalıdır. Çünki əvvəlcədən demirsən ki, bu cür olmalıdır. Bu sənətin qanunları var, heç zaman şoka düşməməlisən sadəcə gülərək növbəti fokusa keçməlisən. Yeni –yeni başlayanda tərəddüt edirdim, səhnəyə kimi çıxaracam, bu sahəni bilən biri gəlsə və səhvlərimi tutsa nə edəcəm deyirdim. Amma qorxularım zamanla keçdi.


İşinizin sevdiyiniz və sevmədiyiniz tərəfləri?


-Maraqlı sualdır. Sevdiyim tərəfi insanlar ruh yüksəkliyi aldıqca, sevindikcə, güldükcə, əyləndikcə özündə sevinirsən. Gülmək, əylənmək özüdə bir sağlamlıqdır. İnsanı gəncləşdirir, yaşadır. Sevmədiyim tərəfi isə odur ki, bir də görürsən kart fokusu göstərirəm deyirlər ki, “Gedək kart oynayaq, sən bizdən oyna biz qazanaq” bunun kimi bir çox şeylərlə qarşılaşıram. Tez-tez maddi tərəfə qaçırlar, biri maraq üçün, bəziləri isə həqiqətən elə bilirlər ki, bunları etmək mümkündür. Onları inandırmaq məcbüriyyətində qalırsan ki, bu sadəcə fokusdur. Sevmədiyim tərəfi budur.

 

Mədəniyyət və Turizm Nazirliyi illuziya sənəti üzrə hər hansı bir cəmiyyəti yaratmaq fikiri varmı?

 

-Bu haqda mən heç nə deyə bilmərəm, amma yaradılsa çox sevinərdik.

 


Öz sənətinizi kiməsə öyrətmək istərdiz?


-Çox insan olub məşqul olmuşam, bir ay gəlib-gedib. Bu sənət elədir ki, yoluna saldı, təməlini bildi, davamlı olaraq özü öyrənir yəni bu sənətə yiyələnmək özündən də aslıdır. Bir neçə tələbəmiz var idi ki, Türkiyədə “Yetenek Sizsiniz” yarışmasına qədər gedib çıxmışdı.


Ümumiyyətlə Bu qeyri-adi sənət üzrə fəxri adlar varmı?


-Əlavə etmək istəyərdim ki, bu sənətdə qonşu ölkələrdə fəxri adları olanlar var. Neçə illərdir ki, bu sənətlə əsgərlərin, uşaq və qocalar evlərində insanların qarşısına çıxıram və çox maraqla qarşılanır. Bir balaca sənətim qiymətləndirilsə çox şad olardım, gələcəkdə daha da ruh yüksəkliyi olardı. Hörmətli prezidentimiz İlham Əliyev iki dəfə bacarığımı maraqla izləyib və bu sənəti bəyənib. Mədəniyyət və Türizim nazirimiz də əvvəllər dəfələrlə mənə baxıb və o da bu sənətə önəm verib. Əsas odur ki, əmin - amanlıq olsun, can salığı olsun. Hər zaman prezidentimizi dəstəkləyirik, ona bu Prezident seçkisində qələbə arzu edirəm, çünki bizim üçün hər zaman əmin – amanlıq yaradıb.
Çox sağ olun, mənim üçün çox maraqlı oldu.
-Siz sağ olun.


Səidə Seyidova

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ