Əməkdar İncəsənət xadimi, bəstəkar Tahir Əkbər dəfn olunub.
Kult.az xəbər verir ki, Təzə Pir məscidində vida mərasimi keçiriləndən sonra bəstəkarın cənazəsi “Qurd Qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qeyd edək ki, 72 yaşlı bəstəkar uzun sürən xəstəlikdən sonra ötən gün vəfat edib.