SON DƏQİQƏ
» » Kart sisteminə keçəcək avtobusların sayı - AÇIQLANDI

Kart sisteminə keçəcək avtobusların sayı - AÇIQLANDI

Tarix:

28-02-2018, 12:26

/ 10 337 dəfə oxundu.
Kart sisteminə keçəcək avtobusların sayı - AÇIQLANDI

Bakı Nəqliyyat Agentliyi (BNA) bu il ərzində 700-dən çox nəqliyyat vasitəsini kart sisteminə keçirməyi nəzərdə tutur.

Gunaz.az xəbər verir ki, bunu BNA-nın direktorunun müşaviri Mübariz Abbasov deyib.

Onun sözlərinə görə, nağdsız ödəniş sistemi nəqliyyat sistemində şəffaflığı təmin edir:

"Bu sistem sürücü məsuliyyətini artırır. Sürücü artıq sovet dövründən qalma "planvermə" sistemi ilə işləmir".

M.Abbasov bildirib ki, BNA fəaliyyəti dövründə 50-dən çox yeni nəqliyyat vasitəsi gətirib.

Müşavirin sözlərinə görə, dövlət tərəfindən 300-350 nəqliyyat vasitəsinin gətirilməsi planlaşdırılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ