SON DƏQİQƏ

Avtobusun gediş haqqı dəyişdirilir

Tarix:

15-02-2018, 15:18

/ 1 058 dəfə oxundu.
Avtobusun gediş haqqı dəyişdirilir

Paytaxtın Hövsan qəsəbəsi - “28 may” metrosu istiqamətində fəaliyyət göstərən 175 saylı avtobusla bağlı redaksiyamıza müraciət daxil olub.

Gunaz.az məlumatına görə,müraciətdə bildirilir ki, avtobus nəğdsiz ödənişə keçdikdən sonra sərnişinlər arasında narazılıq yaranıb. Belə ki, əvvəllər sərnişinlər qəsəbə daxilində 20 qəpik, xaricində isə gediş haqqı olaraq 30 qəpik ödəyirdilərsə, vahid kart sistminə keçdikdən sonra standart olaraq 30 qəpik ödəməli olurlar. Bu da məsafəyə görə gediş haqqlarının dəyişdirilib-dəyişdirilməyəcəyi məsələsini gündəmə gətirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hələlik əsas hədəf kart sisteminə keçidi tam olaraq təmin etməkdir. Sistem tam olaraq tədbiq olunduqdan sonra bu kimi məsələlərə baxılacaq.

скачать dle 12.1

Şərhlər