SON DƏQİQƏ
» » Bunu etməsəniz kartınız qalan pulla birlikdə -YANACAQ

Bunu etməsəniz kartınız qalan pulla birlikdə -YANACAQ

Tarix:

5-02-2018, 15:51

/ 820 dəfə oxundu.
Bunu etməsəniz kartınız qalan pulla  birlikdə -YANACAQ

Məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"larla bağlı müraciət edilib.

Gunaz.az xəbər verir ki, müraciətdə bildirilir ki, istifadə zamanı bu kartlarda qalıq pul qalır. Belə ki, balansında 40 qəpik olan məhdud istifadə kartları ilə gediş haqqı 30 qəpik olan avtobusa (175 saylı atobus) daxil olan zaman kartda 10 qəpik qalır. Kartın istifadəsi bitdiyi üçün pul kartla birlikdə yanır.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev problemlə bağlı bildirib ki, bu qalığın qalmaması üçün sərnişinlər gediş haqqını əvvəlcədən planlaşdıraraq yükləməlidirlər. Gedəcəkləri marşurt xətti üzrə gediş haqqı 30 qəpikdirsə, o zaman 40 yox, 30 qəpik yüklənməlidir.

Yəni, məhdud istifadə üçün nəzərdə tutulan "BakıKart"larda qalan qalıq pullarla bağlı BNA heç bir məsuliyyət daşımır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ