SON DƏQİQƏ
» » Gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub

Gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub

Tarix:

12-01-2018, 07:43

/ 2 821 dəfə oxundu.
Gediş haqlarının qaldırılması iğtişaşlara səbəb olub

Braziliyanın paytaxtı San-Pauluda ictimai nəqliyyatda gediş haqlarının qaldırılmasına qarşı keçirilən nümayiş qarşıdurma ilə nəticələnib.

Gunaz.az xəbər verir ki, etirazçılarla polis arasında toqquşmanın kadrlarını yerli “Globo” telekanalı nümayiş etdirib.

Narazı kütlənin metro stansiyalarından birini bağlamaq cəhdindən sonra, hüquq-mühafizə orqanları əməkdaşları onlara qarşı səs qumbaralarından istifadə ediblər. Ən azı bir asayiş keşikçisi xəsarət alıb.

Yanvarın 7-dən ictimai nəqliyyatda bir gedişin haqqı 1,18 dollardan 1,24 dollara qaldırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ