SON DƏQİQƏ
» » Tələbələrə şad xəbər: təqaüdlər artırıldı

Tələbələrə şad xəbər: təqaüdlər artırıldı

Tarix:

24-02-2018, 17:47

/ 1 301 dəfə oxundu.
Tələbələrə şad xəbər: təqaüdlər artırıldı

Prezident İlham Əliyev doktorantlar, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsi üzrə tələbələri üçün müəyyən edilən təqaüdlərin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən onlar üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli sərəncamı ilə müəyyən edilən təqaüdlərin aylıq məbləği 2018-ci il martın 1-dən 10 faiz artırılacaq.

 

скачать dle 12.1

Şərhlər