SON DƏQİQƏ
» » Prezident bu şəxlərin təqaüdlərini artırdı -SƏRƏNCAM

Prezident bu şəxlərin təqaüdlərini artırdı -SƏRƏNCAM

Tarix:

19-02-2018, 18:31

/ 1 481 dəfə oxundu.
Prezident bu şəxlərin təqaüdlərini artırdı -SƏRƏNCAM

Prezindet İlham Əliyev şəhid ailələrinə, müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında sərəncam imzalayıb.
Gunaz.az xəbər verir ki, dövlət başçısı təqaüdlərin aylıq məbləğini 2018-ci il martın 1-dən 10 faiz arıtırıb.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu sərəncama uyğunlaşdırılmasına dair təkliflərini, Nazirlər Kabinetinin normativ hüquqi aktlarının 3 ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.
Həmçinin Nairlər Kabineti mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlamalı və bunun icrası barədə beş ay müddətində prezidentinə məlumat verməlidir.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu sərəncama uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ