SON DƏQİQƏ
» » “Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik” - Qafar Çaxmaqlı

“Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik” - Qafar Çaxmaqlı

Tarix:

24-02-2018, 08:12

/ 1 859 dəfə oxundu.
“Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik” - Qafar Çaxmaqlı

Ermənişünas alim: “1915-ci il iddialarının qarşısına Xocalını çıxararaq erməni iddialarının qarşısını almaq kimi bir vasitədən yetərincə yararlanmırıq”

Bu fikirlər Kayseridəki Erciyəs Universitetinin dosenti, ermənişünas-alim  Qafar Çaxmaqlıya məxsusdur. Ekspert Xocalı soyqırımı ilə bağlı Türkiyə və Azərbaycanın birgə fəaliyyətinin zəruriliyindən bəhs edərkən “Yeni Müsavat”a bunları bildirdi: “Xocalı faciəsinin bir soyqırım olaraq tanınmasında, dünyanın müxtəlif yerlərində bu təbliğatın aparılmasında Türkiyənin şəksiz rolu var, cənab Ərdoğanın da ifadə etdyi kimi, bu məsələyə dünya etinasız qalmaqdadır. Bu, bəzi dairələrə də işarədir. Çünki bir çoxları, Azərbaycanın özündə də Xocalı faciəsinin bir soyqırım olaraq qəbul ediləcəyinə inanmır və bunun hüquqi perspektivini görmədiklərini ifadə edirlər. Ermənilər yüz ildir ki, olmayan bir hadisənin, 1915-ci il hadisələrinin arxasınca düşüb, bir çox ölkələrdə və beynəlxalq quruluşlarda onu soyqırımı olaraq qəbul etdirə bilirlər, biz isə Xocalı qətliamının perspektivsizliyindən danışırıq. Eyni yanaşma Türkiyədə də var”.

Ermənişünas alim prezident Ərdoğanın Xocalı soyqırımı ilə bağlı səsləndirdiyi son fikirlərin əhəmiyyətindən bəhs etdi: “Prezident Ərdoğanın Xocalı ilə bağlı son çıxışı yuxarıda qeyd etdiyim yanaşmanın dəyişəcəyinə işarədir. Əlbəttə, qardaş ölkənin Xocalının soyqırımı olaraq tanıyacağına da inananlardanam”. Bəs, Xocalı ilə bağlı ölkələrimiz birgə nələri edə bilər? Q.Çaxmaqlı: “Bu məsələdə fəallıq yalnız Xocalı soyqırımı ərəfəsində və ya həmin günlərdə deyil, hər zaman aparılmalıdır. Məncə, sistemli birgə fəaliyyətə nail olmamışıq, bu sahədə özfəaliyyət səviyyəsində, orda-burda erməniyə söyməklə heç nəyə nail ola bilmərik. Avropa İnsan Haqları Məhkəməsinin qapılarında oturub, Xocalı soyqırımı olaraq qəbul elətdirənə qədər ondan əl çəkməməliyik. Serebrinitsa soyqırımını qəbul etdirənə qədər bosniyalılar bütün səviyyələrdə iş apardılar. Xocalı soyqırımının günahkarları da məlumdur. Hərbi Prokurorluqda istintaq materialları nə üçün toplanıb, arxivdə saxlanmaq üçündürmü?”

Ekspert ermənilərin Türkiyəyə qarşı saxta “soyqırım” iddiasını alt-üst etmək baxmından da Xocalı soyqırımı ilə bağlı dədlil-sübutların qardaş ölkə üçün müstəsna əhəmiyyətə malik olduğunu vurğuladı: “Qondarma ”erməni soyqırımı" təbliğatının qarşısına Xocalının çıxarılması, mən şahidəm ki, ermənilərin bu sahədə gördükləri işlərin önünü kəsir. 1915-ci il iddialarının qarşısına Xocalını çıxararaq erməni iddialarının qarşısını almaq kimi bir vasitədən yetərincə yararlanmırıq. Ondan hüquqi nəticə almaq və bunun arxasınca bir çox məsələlərin həllinə yol açmış olarıq. O cümlədən işğal faktoruna dünyanın diqqət ayırmasına nail ola bilərik. Xocalı faciəsi ilə bağlı iş deyəndə biz yalnız təbliğatı nəzərdə tuturuq. Bu sahədə Türkiyə cəmiyyətini bilgiləndirmə baxımından, məncə, problem yoxdur. Mən özüm də burada konfranslar verməkdəyəm. Elə fevralın 26-da Erciyəs Universitetində Xocalı soyqırmı ilə bağlı bir kofrans keçirəcəyəm. İmkan daxilində Ermənistanın Türkiyə və Azərbaycanla bağlı yürütdüyü siyasətin bilinməyən məqamlarını anlatmağa çalışırıq".

 

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Xocalı soyqırımı ilə bağlı söylədikləri Türkiyə dövlətinin və cəmiyyətinin bu məsələyə münasibətini ifadə edir və buna nə qədər həssas yanaşıldığını təsdiqləyir”.

 

İşğalçı Ermənistanın Türkiyənin ərazi bütövlüyünü tanımayan tək ölkə kimi qalmasına və 1991-ci ildə qəbul edilən Ermənistanın müstəqillik bəyannaməsində Türkiyəyə qarşı ərazi iddiaları irəli sürməsinə gəldikdə, Q.Çaxmaqlı dedi ki, Türkiyədə siyasi çevrələr və bu işlə bilavasitə əlaqəli olan adamlar bunu bilirlər: “Amma toplumun, gənclərin bundan az xəbəri var. Türkiyədə yaşayan və Türkiyəyə tədbirlərə gəlib- gedən bizim adamların da bunlardan çox ciddi şəkildə bəhs etməsinə ehtiyac var. Bir şeyi deyim ki, Türkiyədəki insanların bir çoxunun ermənilərin ya keçən əsrin əvvəllərində törətdikləri cinayətlərdən xəbərləri yoxdur, ya da az bilgiləri var. Bu mənada da ciddi fəaliyyət lazımdır. İkinci bir məsələni də qeyd etmək istərdim. Son vaxtlar Türkiyədə yaşayan ermənilərin hətta burada belə bizdən daha fəal olduğunu müşahidə etməkdəyəm. TBMM-də üç deputatları var,parlamentdə məsələ qaldıra bilirlər, televiziyalarda, mətbuatda, kitab yayınında fəaldırlar. Azərbaycan bu barədə də ciddi fikirləşməlidir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ