SON DƏQİQƏ

Ə.Vahid poeziya evi La Fontaine oldu

Tarix:

22-02-2018, 14:27

/ 1 490 dəfə oxundu.
Ə.Vahid poeziya evi La Fontaine oldu

Azərbaycanın  görkəmli   qəzəlxanı  Əliağa Vahidin  adına  olan  poezia  evi   hal-hazırda  adı  dəyişdirilərək  fransız  şairi  və  yazıçısı  La Fontainenin  adını  daşıyır.

Gunaz.az  xəbər verir ki, içəri  şəhərin  başlanğıcında  yerləşən  Filormaniya  bağında  qədim  tarixi  əks  etdirən  yazıçı  Əliağa  Vahidin adını  daşıdığı poezia  evinin  adının  dəyişdirilməsi  insanı  məyus  edir. Çünki  zaman-zaman  bu  binada  görkəmli  sənətkarların  toplaşaraq  öz  əsərləri  ilə  insan  ruhunu  valeh  etdiyi  danılmazdır. İllərdir  bu  divarlar  arasında  səslənmiş  fikirlər , əsərlər  bu  binanın  divarlarına  hoppmuşdur. Azərbaycan  ədəbiyyatında  öz  sözünü  demiş  Əliağa Vahidin adına verilmiş  poeziya evi  dəyişdirilərək  bir çoxlarımıza tanış  olmayan  fransız  yazıçısı  La Fontainenin  adının verilməsi  ağla  sığılmazdır. Qəzəlxanın  hər  zaman  vətəninə, insanlara sevgisi kitablarında  əks  olunmuşdur. Əliağa Vahid  kimi   tanınmış  şair, qəzəlxanın  adı  xarici  yazıçıların  adı  ilə  əvəz  olunmamalıdır.

Bir  çox  obyeklərin  adı  xarici  dildə  yazılmaqdadır. Doğrudur bu  şəxsi  əmlakdır. Lakin hər bir sahibkar bilməlidir ki,  Azərbaycan  Respublikasının Dövlət  Dili  Ana  dilidir  və  ad seçərkən buna diqqət etməlidir. Əliağa Vahid  adına poeziya evi  bizim  qədim abidəmizdir  və  adı toxunulmaz qalmalıdır.

Qeyd edək ki, əməkdaşlarımız  bu  məsələ ilə bağlı  maraqlandıqda,  orada çalışanlar  bu  dəyişikliyin nə səbəbdən olduğunu bilmədilər. Milliliyimizi  əks  etdirən  binanın  qarşısında  gənc  xanımların siqaret çəkərək nə qədər etikadan  kənar  görsəndiyi bir daha subut edirdi ki, ən  azından  binanın  arxitekturasına  mənəvi  zərər  vururlar.  Gəlin  Azərbaycan xalqı  olaraq  milli  dəyərlərimizi, tarixi abidələrimizi qoruyaq.

 

Səidə Seyidova, Fəridə Qafarova

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ