SON DƏQİQƏ

"Ahəngyol"un izi ilə

Tarix:

19-02-2018, 17:27

/ 1 933 dəfə oxundu.
"Ahəngyol"un izi ilə

 

 Riyaziyyat,  İqtisadiyyat,  Fəlsəfə,  Filologiya,  Sosiologiya və s. sahələrdə məşğul olmaq çox çətin bir işdir və bunu hər kəs bacarmaz!

Bunun üçün inanılmaz enerji gərəkdir və bu enerji bir Allah vergisi olmalı! Onu da uca Allahımız seçdiyi və sevdiyi insanlara həvalə edər. Onun öhdəsindən gəlməyi də sahibinə buraxar... Əgər bunu siz bacarmısınızsa, siz xoşbəxtsiniz. Bu xoşbəxtlik digər "xoşbəxt"liklərdən fərqlənər... Mən sizi inamlı, vicdanlı, mərd, dürüst bir ziyalı olaraq tanıdım. Belə bir ziyalı dostumun olmağından qürur duyuram.

Ahəngyol nəzəriyəsinin qısa formatını,  bu nəzəriyyədə olan riyazi çalarları, fəlsəfi baxışları, sosial müstəvini, dini bütövlüyü daha dərin olduğunu gördüm . Olduqca vacib olan bir ideya var ortalıqda.... Bu əsəri anlamaq asan deyil, buna qoyduğunuz zəhmət sizə halaldır və əmin olun ki, hədər getməz, gələcəkdə doğru anlaşılaraq böyük bir inqilabi düşüncə ola bilər. 

Sizə bunun üçün yardım gərəkdir. Enerjili gənclər lazımdır, ümid edirəm belə gənclər yetişə bilər... Çünki, "Ahəngyol" bütövlükdür, burada elmlərin, predmetlərin qovuşması var, onların istər riyazi dildə, istər sosial-fəlsəfi dildə, istərsə də dini baxışda böyük yeri vardır. Bununla məşğul olmaq üçün zənnimcə sadəcə Ali Təhsil kiyafət etməz... Buna istedad, böyük zəhmət, Allah sevgisi, Vətən sevgisi və sizin kimi bir professional, enerjili rəhbər gərəkir.

Ümid edirəm siz "Ahəngyol" olaraq davam edəcəksiniz. Kitabın özünü tam olaraq oxumaq istərdim. İnşəAllah görüşdüyümüzdə əldə edərəm və bu barədə mənim də düşüncələrim vardır. Həm fəlsəfi, həm də süni intellekt baxımından...

Həm şair, həm dəyərli ziyalı, həm dəyərli alim, gözəl bir insan, dəyərli soydaş Professor Əhməd müəllimin doğum günüdür. Allahdan sizə  can sağlığı, yaradıcılığınızda uğurlar arzu edirəm Əhməd müəllim.

Redaksiyamız adından da təmiz qəlbli, hörmətli Professorumuzu təbrik edirik.
"Ahəngyol"un izi iləAlmaniya:

Pərviz Əmiraslan

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ