SON DƏQİQƏ

Sabah hava necə olacaq? - Proqnoz

Tarix:

19-02-2018, 11:50

/ 1 062 dəfə oxundu.
Sabah hava necə olacaq? - Proqnoz

Bakıda və Abşeron yarımadasında fevralın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gunaz.az-a verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 2-4, gündüz 6-9, Bakıda gecə 2-4, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.

Bölgələrdə də sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və şərq rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ