SON DƏQİQƏ
» » Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı

Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı

Tarix:

14-02-2018, 18:18

/ 1 230 dəfə oxundu.
Mətbuat Şurası qurultayı ilə bağlı məlumat yaydı

Azərbaycan jurnalistlərinin VII qurultayına hazırlıq işləri davam edir. Bu haqda Mətbuat Şurasından bildirilib. Bildirilib ki, Mətbuat Şurasına üzv təşkilatlar Şuranın İdarə Heyətinin tərkibini müəyyənləşdirmək məqsədilə irəli sürdükləri namizədlərin və qurultayda iştirak edəcək nümayəndələrinin adlarını təqdim edirlər. Qurultaya hazırlıq işlərini intensivləşdirmək üçün namizədlərin və nümayəndələrin adlarının təqdim edilməsinin 25 fevral 2018-ci il tarixinədək yekunlaşdırılması qərara alınıb. Buna görə də bütün üzv təşkilatlardan həmin tarixədək üzərinə düşən öhdəliyi yerinə yetirmələri xahiş olunur.

Qeyd edək ki, Azərbaycan jurnalistlərinin VII qurultayı mart ayının 10-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında keçiriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ