SON DƏQİQƏ
» » Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb — RƏSMİ

Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb — RƏSMİ

Tarix:

6-02-2018, 15:49

/ 941 dəfə oxundu.
Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb — RƏSMİ

Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.

Gunaz.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb.
 
“Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi deyilib. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilir”, - İdarədən bildirilib. 

Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ