SON DƏQİQƏ
» » Teleqüllənin yaxınlığında yaşayanlar üçün sığınacaq yaradıldı

Teleqüllənin yaxınlığında yaşayanlar üçün sığınacaq yaradıldı

Tarix:

24-01-2018, 17:28

/ 840 dəfə oxundu.
Teleqüllənin yaxınlığında yaşayanlar üçün sığınacaq yaradıldı

Bayıl yamacında, Bakı Televiziya Qülləsinin yaxınlığındakı sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində yaradılmış xüsusi qərargahın iclası keçirilib.

Gunaz.az xəbər verir ki, bu barədə APA-ya İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, qərargahın iclasından sonra Səbail Rayon İcra Hakimiyyəti və Polis İdarəsinin əməkdaşları həmin ərazidə olaraq sakinlərlə görüşüblər. 
 
Təhlükəsizlik nöqteyi-nəzərindən sakinlərə müvəqqəti olaraq evlərini tərk etmələri, qohumları və yaxınlarının evlərinə köçmələri təklif olunub. 

Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaq yaradılıb.
 
Ərazi polis nəzarətinə götürülüb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ