SON DƏQİQƏ
» » Paytaxtda 78 ədəd yeni yol nişanı quraşdırılıb

Paytaxtda 78 ədəd yeni yol nişanı quraşdırılıb

Tarix:

28-01-2018, 15:34

/ 808 dəfə oxundu.
Paytaxtda 78 ədəd yeni yol nişanı quraşdırılıb

Şəhər sakinlərinin Bakı Nəqliyyat Agentliyinə ünvanladığı müraciətlər əsasında bu ilin yanvar ayında paytaxtın müxtəlif ərazilərində 78 ədəd yeni 5.12 (Avtobusun dayanacaq yeri) yol nişanı quraşdırılıb.

Bakı Nəqliyyat Agentliyindən Gunaz.az-a verilən məlumata görə, nişanlardan 37 ədədi mövcud avtobus dayanacaq məntəqələrində aparılan yenidənqurma işləri, 41 ədədi isə yeni avtobus dayanacaq məntəqəsi təşkil edilməsi zamanı quraşdırılıb.

Bununla yanaşı, 4 məntəqədə piyada keçidləri təşkil edilib. Keçidlərdən biri Kürdəxanı, digər üçü isə Binə qəsəbəsi Əli İsazədə küçəsindədir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ