Azərbaycanda sərnişin daşıma qaydasını pozan taksi sürücüləri 60 manat məbləğində cərimə ediləcək.
Gunaz.az -a verilən məlumata görə, bu barədə Yol hərəkəti haqqında qanunun 52-ci maddəsində qeyd olunur.
Maddədə bildirilir ki, Ümumi istifadədə olan nəqliyyat vasitəsi sürücüsünün sərnişinləri mindirmək və düşürtmək üçün nəqliyyat vasitəsini bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş dayanacaq meydançalarından və ya 5.12, 5.13 nişanları ilə işarələnmiş dayanacaq yerlərindən kənar dayandırması qadağandır. Taksilərin bu məqsədlə xüsusi olaraq müəyyən edilmiş və 5.14 nişanı ilə işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədilə durması qadağandır
İnzibati Xətalar Məcəlləsinə əsasən bu qaydanı pozan taksi sürüclərinə tətbiq edilən cərimənin miqdarı 60 manat, cərimə balı isə 3-dür.