SON DƏQİQƏ
» » Nazirlikdən Yeni il hədiyyələri ilə bağlı - Xəbərdarlıq

Nazirlikdən Yeni il hədiyyələri ilə bağlı - Xəbərdarlıq

Tarix:

21-12-2017, 11:55

/ 1 614 dəfə oxundu.
Nazirlikdən Yeni il hədiyyələri ilə bağlı - Xəbərdarlıq

Bəzən Yeni il hədiyyə qutularının üstündə tarix qoyulur, lakin bu heç də qutunun içırisindəki qidalara şamil olunmalmalıdır. Bu yararlılıq tarix əsasında uşaqlara həmin hədiyyə qutularındakı qidaları vermək risklidir. Ona görə də, vətəndaşlar hədiyyə alarkən diqqətli olmalıdırlar.

Gunaz.az xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor əvəzi İmran Abdullayev deyib.

Onun sözlərinə görə, ötən illər ərzində hədiyyə qutularının üzərində istifadə müddəti bitmiş məhsulların satışı qeydə alınıb:

"Əvvəllər köhnə şirniyytların qutulara yığılıb satılması baş verirdi. Amma indi sahibkarlıq fəaliyyətinin yoxlanılması dayandırıldığından qutularla bağlı yoxlamalar apara bilmirik. Dəqiq deyə bilmərik, bu hallar hələ də davam edir yoxsa yox. Biz müraciət olmadan yoxlama apara bilmirik, ona görə də gərək bizə bu mövzuda şikayət daxil olunsun ki araşdırma apara bilək"

İ.Abdullayev bildirib ki, bu ilin sonuna RGEM qida təhlükəsizliyi məsələsinə nəzarət etməyəcək. Bu sahəyə yeni yaradılan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ