SON DƏQİQƏ

Diqqət: Bakıda bu yol bağlanır

Tarix:

16-12-2017, 11:28

/ 852 dəfə oxundu.
Diqqət: Bakıda bu yol bağlanır

Bu gün saat 22:00-dan səhər saatlarınadək Azadlıq prospektinin Ziya Bünyadov prospekti ilə kəsişməsindən S.S.Axundov küçəsi ilə kəsişməsinədək olan hissədə hərəkət məhdudlaşdırılacaq.

Azəravtoyol ASC-dən Gunaz.az-a verilən məlumata görə, sözügedən yolda rənglənmə işləri aparılacaq. Bu səbəbdən yolda hərəkət qismən, hissə-hissə məhdudlaşdırılacaq.

ASC sürücülərdən sözügedən yolda qeyd olunmuş saatlarda hərəkət zamanı diqqətli olmalarını xahiş edib.

скачать dle 12.1

Şərhlər