SON DƏQİQƏ
» » Bakıda və rayonlarda çiskinli yağış yağacaq- HAVA PROQNOZU

Bakıda və rayonlarda çiskinli yağış yağacaq- HAVA PROQNOZU

Tarix:

13-12-2017, 11:49

/ 965 dəfə oxundu.
Bakıda və rayonlarda çiskinli yağış yağacaq- HAVA PROQNOZU

Bakı və Abşeron yarımadasında dekabrın 14-də havanın buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Cənub-şərq küləyi əsəcək.

ETSN-dən Gunaz.az-a verilən məlumata görə, havanın temperaturu gecə  5-7° isti, gündüz  9-12° isti, Bakıda gecə  5-7° isti, gündüz  10-12° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 766  mm civə sütunu təşkil edəcək.

Nisbi  rütubət    75-85 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi şimal və şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 8-13° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz  4-9° isti  təşkil edəcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ