SON DƏQİQƏ
» » Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlıq ziyarət olunub

Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlıq ziyarət olunub

Tarix:

5-12-2017, 15:24

/ 1 289 dəfə oxundu.
Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlıq ziyarət olunub

İnsan cəmiyyəti tarix boynuca inkişaf etdikcə ümumbəşəri dəyərlər əldə etmiş, bunları əsrlər boyu qoruyub saxlamışdır. Bu ümumbəşəri dəyərlərdən biri də vəfat etmiş qohumların, yaxınların dəfn edilməsi, məzarlarının ziyarət edilməsi və xatirəsinin anılmasıdır.

Qəbiristanlıq – cəmiyyətin mədəniyyətinin bir təzahürüdür. Məhz buna görə də bütün sivil dünyada insanlar bu yerləri ziyarət edir, ölənləri böyük hörmətlə yad edir, müəyyən  əməlləri yerinə yetirir və həmin ərazinin abad olması üçün çalışır, qayğı göstərirlər. Qəbirlərə müqəddəs bir yer kimi münasibət Azərbaycan xalqına xas olan əcdadları ilə ayrılmaz əlaqəni və adət-ənənələrə sadiqliyini göstərir.

Oxşar hissləri biz bir daha 2017-ci ilin may ayında yaşadıq. Məlum olduğu kimi 40 ildən artıqdır ki Sumqayıt şəhəri ilə Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluq əlaqələri qurulub. Bu münasibətlə Azərbaycanda keçirilən yubiley tədbirləri çərçivəsində bir sıra görüşlər, danışıqlar aparılıb. Daha sonra Sumqayıt və Lüdviqshafen şəhərlərinin rəhbərliyi və ictimaiyyət nümayəndələri Sumqayıtdakı alman hərbi əsirlərin dəfn olunduğu qəbiristanlığa baş çəkiblər. Burada 311 alman əsirinin qəbri üzərinə tər qərənfillər düzülüb.

Həmin qəbiristanlığın ziyarəti zamanı “Sumqayltda Alman Dili Müəllimləri” İctimai Birliyinin sədri, tanınmış ictimai xadim Leyla Qasımzadə böyük təəssüf hissi ilə qeyd edib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçgün olmuş yüz minlərlə soydaşımız doğma torpaqlarındakı qohumlarının, yaxınlarının qəbirlərini ziyarət etmək imkanından məhrumdurlar.

2014-cü ilin iyul ayında iki soydaşımız – Dilqəm Əsgərov (Rusiya vətəndaşı) və Şahbaz Quliyev (Azərbaycan vətəndaşı) doğma Kəlbəcər rayonundakı qohum və yaxınlarının qəbirlərini ziyarət edərkən, erməni qəsbkarları tərəfindən girov götürülüblər. İşğal olunmuş Dağlıq Qarabağın erməni separatçı rejimi bir daha özünün insanpərvərliyə zidd üzünü göstərərək, Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə prosesi" qurub. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunublar. Onların erməni zindanında çəkdikləri zülm, əzablar bütün ictimaiyyətə məlumdur və insan haqqlarının pozulmasına qarşı çıxan hər bir cəmiyyətin üzvü buna öz münasibətini bildirməlidir.

Vətəndaş cəmiyyətlərinin ictimai rəyin formalaşmasında böyük rol oynadığını, ümumbəşəri dəyərlərin müdafiəsində həmrəylik nümayiş etdirdiklərini nəzərə alaraq göstərilmiş bu haqsızlığa, zülmə qarşı əməli tədbir kimi “Sumqayıtda Alman Dili Müəllimləri” İctimai Birliyi tərəfindən “Əsir və itgin düşmüş, girov götürülmüs, o cümlədən müharibədən zərər çəkmis vətəndaşlarımızın hüquqlarının Beynəlxalq təşkilatlarda müdafiəsinə və onların azad olunmasına və hüquqlarının bərpasına dair təşəbbüslər” adlı layihə hazırlanmışdır. Layihə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının elan etdiyi müsabiqəyə təqdim edilmiş və qalib olmuş, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinın köməyi ilə icra edilməyə başlamışdır.

Layihənin icrası üçün İctimai Birliyin üzvü Adil İbrahimov Rusiya Federasiyasının Moskva və Sankt-Peterburq şəhərlərinə səfər etmişdir. Həmin şəhərlərdə ictimai təşkilatlarla görüşlər keçirilmiş, onlara faktlara əsaslanan məlumatlar verilmiş, ictimai rəy yaradılmış, Azərbaycandan olan əsir və itkin düşmüş,  girov götürülmüş,  o cümlədən müharibədən zərər çəkmiş vətəndaşların hüquqlarının müdafiəsinə,  onların azad olunmasına, hüquqlarının bərpasına və əsasən Dilqəm Əskərovun, Şahbaz Quliyevin girov götürülməsi faktına dair həmin ölkələrin dövlət orqanlarına çoxsaylı müraciətlərin ünvanlandırılması qərara alınmışdır. Görüşlərdə Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Avtonomiyasının (AzərRos FMMM) prezidenti Mehriban Sadıqova, Rusiya Təhsil Akademiyası Smolniy instutunun vitse-rektoru Mübariz Ağammədov, St.-Peterburg Azərbaycanlılarının Mədəni Muxtariyyətinin idarəedici direktoru Ağarəşid Təhməzov, AzərRos FMMM-in Rusiya Federasiyasının dövlət və qanunvericilik orqanları ilə qarşılıqlı əlaqə üzrə məsləhətçi  Cəmil Sadıxbəyov, Mətbuat Xidməti Rəhbəri Vaqif Adıgözəlov, Siyasi elmlər namizədləri Babək Əsədov, Ramiz Qulyev və digər ictimai xadimlər iştirak etmişlər.

Kecirilmiş görüşlərin nəticəsi olaraq Rusiya Federasiyası Dövlət Dumasına və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasına ünvanlanacaq Petisiya tərtib olunmuş, haqq işimizdə bizə həmfikir olan vətəndaşlar tərəfindən imzalanma prosesi başlamışdır.

Bütün keçirilmiş və gələcəkdə də keçirəcəyimiz eyni məqsədli tədbirlər bizə ümid verir ki, Azərbaycan, Almaniya, Rusiya vətəndaşlarının ictimai rəyinə, haqq səsinə cavab olaraq bütün əsir və girov götürülmüş soydaşlarımız, o cümlədən Dilgəm Əsgərov və Şahbaz Quliyev tezliklə azad olunacaq, haqqları bərpa ediləcək.

“Sumqayıtda Alman Dili Müəllimləri” İctimai Birliyinin sədri

Leyla Qasımzadə

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ