SON DƏQİQƏ

Evdə it saxlayın - İnfarkta yaxalanmayın!

Tarix:

17-11-2017, 18:29

/ 805 dəfə oxundu.
Evdə it saxlayın - İnfarkta yaxalanmayın!

Alimlər sübut ediblər ki, it təkcə tənhalıqdan deyil, eyni zamanda ciddi xəstəliklərdən xilas olmaqda da kömək edir.
İsveçin Upsal Universitetinin alimləri sübut etmişlər ki, evdə itin olması insanın yaşamasını uzadır, ağır ürək-damar xəstəliklərinin riskini xeyli azaldır, eyni zamanda geniş infarktın qarşısını alır. 
Gunaz.az xəbər verir ki, bu haqda Guardian nəşri məlumat verir. 
Alimlər bu nəticəyə İsveçdə 40 yaşından 80 yaşınadək 3,4 milyon insan üzərində apardıqları araşdırmalar sonucu nail olmuşlar. 
Onlar müəyyən etmişlər ki, evdə it saxlanılması tənha adamlara müsbət təsir göstərir, onların ürək-damar xəstəliklərindən ölməsi riskini 36% azaldır. 
Bu zaman müəyyən edilmişdir ki, sağlamlıq üçün ən münasib itlər siyahısında teryer, retriver, border-kolli, koikerxonde, həmçinin başqa növ ovçu və izaxtaran itlər daxildirlər.
скачать dle 12.1

Şərhlər