SON DƏQİQƏ
» » Bakıda itkin düşən xeyriyyəçi qız tapıldı - YENİLƏNİB - FOTO

Bakıda itkin düşən xeyriyyəçi qız tapıldı - YENİLƏNİB - FOTO

Tarix:

2-11-2017, 23:35

/ 1 101 dəfə oxundu.
Bakıda itkin düşən xeyriyyəçi qız tapıldı - YENİLƏNİB - FOTO

23:56

Bu gün günorta saatlarında yaxınlarına vida məktubu yazaraq itkin düşən 27 yaşlı Nigar Bayramlı tapılıb.

Milli.Az bildirir ki, hazırda N.Bayramlı evdə, yaxınlarının yanındadır, ona psixoloji yardım göstərilir.

21:54

Paytaxtın Nəsimi rayonunda 27 yaşlı Nigar Bayramlı itkin düşüb.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, onu sonuncu dəfə "28 May" metrostansiyası yaxınlığında, Səməd Vurğun bağında görüblər.

N.Bayramlı "Azərbaycan Uşaqlar Birliyi"ndə işləyir və xeyriyyəçiliklə məşğul olur. Evdən çıxarkən, o, anası və qardaşına vida məktubu qoyub. Bundan əlavə Nigar iki mobil telefonunu və zinət əşyalarını da özü ilə götürməyib.

Polis Nigar Bayramlının yeri barədə məlumatı olan hər kəsdən DİN-in qaynar xətti "102"-yə  və ya Nəsimi Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edir.

скачать dle 12.1

Şərhlər