SON DƏQİQƏ

"HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏR(S.A.V.A.V)"

Tarix:

26-10-2017, 01:45

/ 1 275 dəfə oxundu.
"HƏZRƏTİ MƏHƏMMƏD PEYĞƏMBƏR(S.A.V.A.V)"

Mən, Peyğəmbərimiz olan Hz. Məhəmməd(s.a.v.a.v) haqqında tarixçilər kimi tarixi faktlarla danışmayacağam. Mən onun haqqında öz təxəyyülümlə söhbət edəcəyəm. Vaxtı ilə, Ay(Hz. İbrahim(ə)) və Ulduzun(Hz. İsmayıl(ə)) parlaqlığı ilə nurlanan Məkkə qaranlıq bir sükut içərisində idi. Bədəvi ərəblər kor kimi yaşayırdılar. Bu vaxt bir Günəş(Hz. Məhəmməd(s.a.v.a.v)) doğuldu. Öz şəfəqi ilə aləmi işıqlandırdı. Kimi bu günəşi gördü, sevindi, kimidə ki, işığına dözməyib kor olmuş gözlərini tutdu və ona baxmadı.

Düşmənlər, müşriklər bu nura tab gətirə bilmədilər. Onu söndürüb, ətrafı yenidən qaranlığa boyamaq üçün onun üzərinə hücum etdilər. Halbuki, vaxtında özlərini bu nura qərq etsəydilər, Cəhənnəm alovunun istisi onlara yaxınlaşmazdı. Hz. Məhəmməd(s.a.v.a.v) tək deyildi. Birinci, onun qoruyucusu, onu insanlara sevdirən və daima mübarək nəzərləri onun üstündə olan Allah-Təala kimi bir sevimli dostu var idi. Allah düşmənləri-kafirlər müqəddəs Kəbə evini müşrikxanaya çevirmişdilər. Allahın mübarək evində üç yüzə qədər heykəl var idi ki, cahillər, özlərinə belə, köməyi çatmayan, görməyən və eşitməyən bu cansız daş parçalarını Allah adlandırırdılar. Allahsızların çoxu tacir idi və bu yalançı tanrılardan mənfəət də əldə edirdilər. Amma ki, bu nadanlıq, özbaşınalıq və Allahın bəyənmədiyi müşrik əməllərin ömrü çox uzun çəkmədi. Əvvəla, Ulu Yaradan öz sevimli bəndəsini yoldan azmışların qılınc və nizəsindən qoruyaraq onu Yəsribə-Mədinəyə gətirdi. Çünki, Məkkədə bir az da qalsaydı, öldürüləcək idi. Hz. Məhəmmədin(s.a.v.a.v) Məkkəni tərk etməsindən, öz mömin ordusu ilə birlikdə Məkkəyə yürüş edərək oranı fəth etdiyi dövr arasında Allah düşmənləri ilə bir çox məşhur, parlaq, həm qalibiyyətli və həmdə ki, məğlubiyyətli qanlı müharibələr oldu. “Bədr”, “Uhud”, “Hüneyn”, “Xəndək”, “Xeybər” və s. döyüşlər belələrindən idi. Mömin ordusu Uhud müharibəsində öz səhvlərinin və Allah Rəsulunun mübarək əmrlərinə qulaq asmadıqlarının ucbatından məğlub olaraq geri çəkildilər. Bu, belə olmuşdur. Düşmənlər Uhud dağının ətrafında qərar tutmuşdular. Bu dağ elə bir quruluşda idi ki, onun arxası boş idi və onun arxa tərəfindən fırlanaraq rəqibə elə arxadan zərbə vurmaq çox asand və əlverişli idi. Peyğəmbər(s.a.v.a.v) bunu nəzərdən qaçırtmamışdı. Sanki, Allah ona bu döyüşdə qalibiyyətlə məğlubiyyətin qarışdığı bir anla rastlaşacağını əvvəldən əyan etmişdi. Bunun üçün də həmin dağa əlli nəfər oxatan yerləşdirmişdi və onlara tapşırmışdı ki, əgər bu döyüş qalibiyyətlə nəticələnsə belə, yenə də öz yerlərindən tərpənməsinlər. Ola bilərdi ki, müşriklər hiylə işlədərək möminlərin pərakəndə düşməsini görüb, namərdcəsinə arxa tərəfdən hücuma keçə və Allah dostlarına arxadan zərbə endirə bilərlər. Belə də oldu. Möminlər müharibədə qalib gəldilər. Allah onları sevindirdi, amma dünya malına uyduqları üçün də onları cəzalandırdı. Həmin bu əlli nəfər oxatandan cəmi qırx nəfər qənimət əldə etmək hərisliyi ilə sevincək bir şəkildə öldürülmüş kafirlərin qənimətlərini ələ keçirmək üçün öz yerlərini tərk edərək meydana tərəf qaçdılar. Başçıları-Abdullah ibni Cubeyr onları çox çarıraraq Allah Rəsulunun onlara verdiyi əmri xatırlatsa da, ona məhəl qoymadılar. Xalid ibni Vəlid adlı bir məşhur müşrik sərkərdəsi Uhud dağının ətrafında hazırlıqlı şəkildə dayanmışdı. Yaranmış fürsətdən istifadə etdi. Kafirlərdən ibarət olan dəstəsi ilə dağın ətrafından fərlanaraq, arxadan hücum etdilər. Allahın dostlarını qırmağa başladılar. Öz yerlərində sakit dayanan Abdullah ibni Cubeyri və on nəfər oxatanı şəhid etdilər. Hz. Məhəmməd Peyğəmbər(s.a.v.a.v) vəziyyətin onların ziyanına doğru dəyişdiyini görərək möminlərə geri çəkilmək əmrini verdi. Özü bu döyüşdə yaralandı və sevimli əmisi Həmzə ibni Əbdülmütəllib öldürüldü. Müaviyənin anası Hind, Həmzənin ciyərini çıxardaraq yedi. Həmin Xalid ibni Vəlid sonradan İslam dinini qəbul edərək müsəlman oldu. Hz. Məhəmməd(s.a.v.a.v) Xatəmül-ənbiya, yəni ki, peyğəmbərlərin ən sonuncusu idi. Allah-Təala İslam kimi bir neməti, məhz onun vasitəsilə insanlara və yoldan azmışlara verdi ki, bəlkə qəlbləri iman nuru gördü və haqqa gəldilər. Allah Rəsulunun öz əbədiyyətinə qovuşmasından sonra qəlblərində kin saxlamış insanlar yenidən köhnə əyyama, cahiliyyət dövrünə qayıtmaq eşqinə düşdülər. Çünki, onlar Allah tərəfindən gözləri kor, dilləri lal, qulaqları kar edilmiş və qaranlıq, kirli qəlblərinə isə möhür vurulmuşdur. Allah bunları müqəddəs Qurandada bəyan edərək buyurur. Sonradan Allahın dinini zay etdilər. Çoxlu təriqətlər, məzhəblər, firqələr, qollar və digər dini-radikal cərəyanlar ortaya çıxarıldı. Amma ki, Allah Rəsulunun(s.a.v.a.v) müjdə verdiyi bizlər-türklər mütləq Allahın dinini bərpa, Peyğəmbərimizin pah ruhunu şad edəcək, hürriyyətimizi yenidən quracaq və Allahın ədalətini bütün dünyada bərqərar edəcəyik, İnşallah, Amin!

Ərtoğrul Türkbəy    

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ