SON DƏQİQƏ

Sürücülərin cərimələri ləğv olunsa...

Tarix:

24-10-2017, 09:26

/ 2 699 dəfə oxundu.
Sürücülərin cərimələri ləğv olunsa...

Deputat: “Bunlar ”Büdcə sistemi haqqında" Qanunla tənzimlənir"

Dövlət Yol Polisinin qaydaları pozan sürücülərə qarşı tətbiq etdiyi cərimələrlə bağlı məsələ yenidən gündəmdədir. Qanunvericilikdə əvvəlcədən nəzərdə tutulan cərimə tətbiqinə yol açan bir sıra hallar gündəmə gətirilərək cərimələrin daha çox büdcənin doldurulması üçün tətbiq olunduğu deyilir.

Dövlət Yol Polisindən cərimələrdən büdcəyə daxilolmalar nə qədərdir? Bir sıra xırda nöqsanlar üzrə cərimələrin ləğvi büdcədə hansı itkilərə səbəb ola bilər?

Qeyd edək ki, yol polisləri 2016-cı ildə sürücülərə 85,4 milyon manatlıq cərimə yazıblar.  Dövlət Statistika Komitəsinin məlumatına görə, 2015-ci illə müqayisədə 2016-cı ildə yol hərəkəti qaydalarını pozmağa görə inzibati cərimələrin həcmi 13 faiz artıb və bundan büdcəyə 2 milyon 861 min 900 manat vəsait daxil olub. Cərimələrin 50 faizi müəyyən olunmuş sürət həddini aşmaya görə, 11,9 faizi parklama qaydalarını pozmağa görə tətbiq edilib.

2017-ci ilin dövlət büdcəsində ümumilikdə cərimə və sanksiyalara görə büdcəyə daxilolmalar 101 milyon manat nəzərdə tutulur ki, onun da 90 milyon manatını vergi qanunvericiliyinin pozulmasına görə ödəmələr təşkil edəcək. Bu isə o deməkdir ki, yol polisinin topladığı cərimələrin ən yaxşı halda 10 faizi büdcəyə çatacaq.

Qanunvericiliyə əsasən, yol hərəkəti qaydalarının pozulmasına görə ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi yol patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşların aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunur.

Onu da qeyd edək ki, Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev qəzetimizə müsahibəsində bildirib ki, sürücülərin yol verdiyi qayda pozuntularının 65-70 faizi xüsusi texniki vasitənin köməyi ilə aşkar olunur: “Burada necə  büdcəni doldurmaqdan söhbət gedə bilər? Qayda pozuntusunun aşkarlanması hallarının çoxalmasının əsas səbəbi  bir çox qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada protokollaşdırılmasıdır. Əgər əvvəl, məsələn, 5-7 min nəfər sürücü qayda pozuntusuna görə məsuliyyətə cəlb olunurdusa, indi elektron qaydada bundan  3 dəfə çox sürücü məsuliyyətə cəlb olunur”.Sürücülərin cərimələri ləğv olunsa...

Milli Məclisin üzvü, deputat Vahid Əhmədov deyir ki, qanunvericilikdə bütün pozuntu halları və ona uyğun cərimələrin məbləği dəqiq göstərilib: “Yol hərəkətinin təhlükəsizliyi hamımızın təhlükəsizliyimiz deməkdir. Buna görə də qaydalara əməl etmək hamımızın borcudur. Düzdür, son vaxtlar bəzi narazılıqlar var: bəzən lüzum olmadıqda belə saxlamalar olur, cərimələr yazılır. Lakin bunlar cərimələrin ləğvi üçün əsas ola bilməz. Bunlar ”Büdcə sistemi haqqında" Qanunla tənzimlənir. Çalışıb qaydanı pozmamaq daha yaxşıdır, nəinki cərimənin ləğvini istəmək".(Y.M)

Gunaz.az

скачать dle 12.1

Şərhlər