SON DƏQİQƏ
» » Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas etdi

Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas etdi

Tarix:

22-10-2017, 22:59

/ 1 159 dəfə oxundu.
Azərbaycanlı polis Rusiyada bir ailəni ölümdən xilas etdi

Rusiya Yol-Patrul Xidmətinin (YPX) əməkdaşı, soydaşımız Baxış Kərimov Sverdlovsk vilayətində dörd uşağı yanğından xilas edib.

Gunaz.az AZƏRTAC-a istinadən bildirir ki, RF DİN-in regional idarəsinin mətbuat xidmətinin məlumatına görə, yanğın hadisəsi Pervomaysk qəsəbəsində baş verib. İşdən qayıdan YPX əməkdaşı yolunun üstündəki evdə yanğın başladığını görüb və yanğınsöndürənləri hadisə yerinə çağırıb. Yanğınsöndürənlər gələnədək Baxış Kərimov tüstü dolu evə girərək dörd uşağı və valideynlərini xilas edib.

Rusiya DİN-i Baxış Kərimovu mükafata təqdim edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ