SON DƏQİQƏ

Mehriban Əliyeva Fəxri xiyabanda - FOTOLAR

Tarix:

10-10-2017, 17:27

/ 1 071 dəfə oxundu.
Mehriban Əliyeva Fəxri xiyabanda - FOTOLAR

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 10-da İkinci Fəxri xiyabana gələrək görkəmli şərqşünas alim Aida İmanquliyevanın doğum günü münasibətilə məzarını ziyarət edib, xatirəsini ehtiramla anıb.

Gunaz.az AzərTac-a istinadən xəbər verir ki, Mehriban Əliyeva Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə gül dəstələri düzüb.

Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fəxri xiyabana gələrək mərhum lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə güllər qoyub.

Daha sonra Mehriban Əliyeva görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsini anıb, məzarı üzərinə tər güllər düzüb.

 





 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ