SON DƏQİQƏ
» » Aşura günü Maştağa məscidində izdiham yaşandı - FOTOLAR

Aşura günü Maştağa məscidində izdiham yaşandı - FOTOLAR

Tarix:

1-10-2017, 12:07

/ 1 131 dəfə oxundu.
Aşura günü Maştağa məscidində izdiham yaşandı - FOTOLAR

 Aşura günü Bakı məscidlərində mərsiyələr deyilərək imamların yas mərasimləri qeyd olunur.

Gunaz.az-ın Maştağa məscidində olan əməkdaşı xəbər verir ki, bu məsciddə insanların izdihamı, onların mərsiyələri sakit şəkildə dinləyərək iştirakı dinimizə olan hörmətdən irəli gəlir.

  Aşura günündə Kərbəlada baş  verənlərlə bağlı məscidin axundunun möizəsini dinləyən ziyarətçilər göz yaşlarına hakim ola bilmirlər.

Məsciddə ehsanlar da paylanılır. 
İnsanların kütləviliyi  nəzərə alınaraq, ərazidə güclü mühafizə sistemi qurulub. Həm yolda, həm də məscidin giriş-çıxışında polis nəzarəti gücləndirilib.
Qeyd edək ki, bu mərasim günorta namazı vaxtına kimi - "qətl sınana kimi" davam edir.

 Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseynin və silahdaşlarının Kərbəlada şəhid edildiyi bu tarix İslam dünyasında matəm günü kimi qeyd olunur.

Ədalət

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ