SON DƏQİQƏ
» » Xətai rayonu yenə də ağaclarin soyqırımına məruz qalır

Xətai rayonu yenə də ağaclarin soyqırımına məruz qalır

Tarix:

30-09-2017, 12:27

/ 3 082 dəfə oxundu.
Xətai rayonu yenə də ağaclarin soyqırımına məruz qalır

Yaşıllıq insanda pozitiv ruh yaradır. İnsan əhvalını yüksəldən, sağlamlığına müsbət təsir göstərən yaşıllıq massivinin çoxluğu arzuediləndir. Bütün ölkə boyu yaşıllıq zolaqlarının salınması, yeni nəsil ağacların əkilməsi həm ekoloji vəziyyətin düzəlməsinə xidmət edir, həm də göz oxşayır.

   Azərbaycanda yaşıllıq zolaqlarının salınması prosesinə uzun illərdir ki, başlanıb. Lakin bir vaxtlar ölkədə yaşıllaşdırma işləri həyata keçirilsə də, yeni əkilən ağaclara qulluq çox aşağı səviyyədə idi. Amma son vaxtlar həm yaşıllıq massivləri artırılır, həm də ona qulluq yüksək səviyyədədir.

Buna baxmayaraq Xətai rayonu yenə də ağaclarin soyqırımına məruz qalır. Həzi Aslanov metrosunun çıxışında bəzi işbazlar yenə də yenı əkilmiş yolka ağaclarını mühasirəyə alaraq oz bizneslərini inkişaf etdirərək ekologiyanı korlayır və yaşıllığı məhv edirlər.

Hasarlanmış ərazinin ətrafında ticarətlə məşğul olan insanlardan bunun  kim tərəfindən  hasarlandığını soruşsaq da onları tanımadıqları məlum oldu.

Yəqin ki, Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi onları tanıyır və bu soyqırıma son qoyacaqlar.

Bilman

GUNAZ.az

 

 

 

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ