SON DƏQİQƏ

Azərbaycanda bu yüksək vəzifələr boşdur

Tarix:

18-09-2017, 15:57

/ 1 201 dəfə oxundu.
Azərbaycanda bu yüksək vəzifələr boşdur

Azərbaycanda bəzi yüksək vəzifələr yeni təyinat gözləyir.

GUNAZ.az xəbər verir ki, bu postlardan biri iyunun 8-də İstanbulda müalicə aldığı klinikada dünyasını dəyişən Energetika naziri Natiq Əliyevin vəzifəsidir. Mərhum nazirin yerinə hələlik heç bir təyinat olmayıb.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini də müavin icra edir. Bu vəzifəni tutan İbrahim Mehdiyev “Sovetski” adlanan ərazidə Hacı Cavad məscidinin söküntüsü ilə əlaqədar işdən azad edilmişdi.

Şəxsi avtomobili ilə xuliqanlıq edərək avtobus sürücüsünü izləyib, daha sonra onu döyən Rüstəm Orucovun da əməlləri atasının postunu boş qoyub. Belə ki, oğlunun əməllərinə görə vəzifəsindən kənarlaşdırılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Novruzəli Orucovdan sonra o vəzifə boş qalıb. N.Orucov ölkə başçısı İ.Əliyevin 11 iyulda imzaladığı sərəncamla vəzifəsindən azad edilmişdi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində vaxtilə Elnur Aslanovun icra etdiyi vəzifə də hələlik boşdur. Onun nazirliyin Elektron İdarəçiliyin İnkişafı şöbəsinin müdiri vəzifəsindən gedəndən sonra yerinə təyinat olmayıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ