SON DƏQİQƏ
» » Növbəti erməni təxribatının qarşısı alındı

Növbəti erməni təxribatının qarşısı alındı

Tarix:

15-09-2017, 12:58

/ 1 925 dəfə oxundu.
Növbəti erməni təxribatının qarşısı alındı

Sentyabrın 11-də “Worldfood Moscow” Beynəlxalq Ərzaq Sərgisinin ilk günü ermənilər tərəfindən Ermənistan stendində qondarma “Dağlıq Qarabağ Respublikası”nın bayrağının yerləşdirilməsinə cəhd edilib.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin, Azərbaycanın Rusiyadakı səfirliyinin birgə fəaliyyəti və operativ müdaxiləsi nəticəsində növbəti erməni təxribatının qarşısı alınıb və bayraq sərgidən yığışdırılıb.

Qeyd edək ki, sərginin təşkilatçısı ITE Group da Azərbaycan tərəfinin qaldırdığı məsələyə anlaşıqlı yanaşıb və lazımı dəstək göstərib.

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ