SON DƏQİQƏ
» » Qadağandır, amma Bakıda almaq olur - Uşaqlara... / VİDEO

Qadağandır, amma Bakıda almaq olur - Uşaqlara... / VİDEO

Tarix:

11-09-2017, 01:03

/ 985 dəfə oxundu.
Qadağandır, amma Bakıda almaq olur - Uşaqlara... / VİDEO

Biri atasını, başqa biri isə qonşusunu bəhanə edərək dənə ilə siqaret alıb çəkir. Söhbət azyaşlıların mağaza və köşklərdən dənə ilə siqaret almalarından gedir. Vətəndaşlar isə buna etiraz edirlər və birdəfəlik dənə ilə siqaret satışının yığışdırılmasını istəyirlər
Qiymətləri 10, 20 və 30 qəpikdir. Köşklərdə və mağazalarda siqaretlər həm də dənə ilə satılır.
Vətəndaşlara görə, siqaretin açıq şəkildə dənə ilə satılması ən çox uşaqlara mənfi təsir edir. Yəni, belə olan halda uşaqlarda siqaretə maraq artır və onların dənə ilə siqaret alma ehtimalı qaçınılmaz olur. çünki azyaşlılar onla verilən az miqdarda xərcliyə də siqaret almaq imkanı əldə edirlər.
Dənə ilə siqaret satışı ilə məşğul olan satıcılar isə bəzi hallarda azyaşlılara siqaret satdıqlarını etiraf edirlər
İctimai sağlamlıq üzrə ekspert Anar Xəlilov deyir ki, belə halın baş verməsinin başlıca səbəbi ictimai nəzarətin zəif olmasıdrı. Yəni, burada həm satıcılar, həm də elə valideynlərin özləri günahkardırlar
Odur ki, ictimai nəzarət nə qədər gülcü olsa, övladlarınız da bir o qədər zərərli alışqanlıqlardan uzaq ola bilər. // Xezerxeber.az



скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ