SON DƏQİQƏ

Siqaretlə bağlı YENİ QADAĞA

Tarix:

3-02-2017, 18:55

/ 8 271 dəfə oxundu.
Siqaretlə bağlı YENİ QADAĞA

Siqaretlə bağlı yeni məhdudiyyətlər hazırlanır. Artıq siqaret qutuları dəyişəcək, kafe, restoranlarda siqaret çəkilməsinə icazə verilməyəcək.
Türkiyədə hazırlanan yeni layihələrlə bağlı Səhiyyə Naziri Rəcəb Akdağ açıqlama verib.
Nazir siqaretə qarşı bu vaxta qədər tətbiq edilən məhdiyyətlərin effektli nəticə verdiyi deyib. Hazırlanan yeni qadağalara görə siqaret paketinin üzərində ad çox kiçik hərflə yazılacaq, qalan yerlərdə ondan istifadənin zərərlərindən bəhs ediləcək: "Siqaretin satılacağı yerlərlə bağlı tələblər də yenidən müəyyən ediləcək. Siqaretlər içi görünməyən qapalı qutularda olacaq.
Bu vaxta qədər kafe, restoran, otel kimi məkanlar qapalı hesab edildiyindən siqaret çəkilməsinə icazə verilirdi. Lakin yeni qaydalarda bu məkanlara da məhdudiyyət tətbiq ediləcək. Üstəlik, siqaret çəkmək istəyən bu məkanların qapısından azı 5 metr kənara getməlidir”.
Bu binaların daxilində siqaret üçün ayrıca otağın olmasına münasibət bildirən nazir doğru yanaşma kimi qəbul etmədiklərini deyib: "Bu təcrübə tətbiq edilib. Lakin nəticə uğursuz alınıb. Çünki bizim məqsədimiz siqaret çəkmək istəyinin qarşısını almaq, çəkənlərin isə bu zərərli vərdişdən uşaqlaşmasıdır. Bunun üçün də onlar siqaret çəkməyin "əzablı” olduğunu hiss etməlidirlər”.

Gunaz.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ