SON DƏQİQƏ

Yaxşılıq heç vaxt əvəzsiz qalmır-REALLIQ

Tarix:

10-09-2017, 04:50

/ 3 863 dəfə oxundu.
Yaxşılıq  heç vaxt əvəzsiz qalmır-REALLIQ

Çox yaxşı bir məsəl var, etdiyin hər bir yaxşılıq və pislik Allah -Taala tərəfindən mütləq qarşına çıxacaq.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in əlilliyi olan uşaq üzvləri ilə birlikdə 24-26 avqust 2017-ci il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş sağlamlıq imkanları məhdud gənclərin "Hədsiz imkanları olan həyat" ("Жизнь безграничных возможностей") adlı VII Yaradıcılıq Festivalından vətənə dönərkən Rostov-Don şəhərinin 300 kilometrliyində yaşayış məntəqəsi olmayan bir çöllükdə bizi gətirən Mersedes-Vita markalı avtomobilin mühərrikində ciddi nasazlıq yarandığına görə Yaxşılıq  heç vaxt əvəzsiz qalmır-REALLIQavtomobilimiz dayandı. Vətəndən uzaq qərib bir yerdə çıxılmaz vəziyyətə düşən sağlamlıq imkanları məhdud insanlardan ibarət olan qrupumuzun ümidi sanki bir anlıq hər yerdən kəsildi, çöllükdə yalnız Allahın ümidinə qaldıq. Düşdüyümüz vəziyyətdın çıxış yolları axtarırdıq. Bu zaman sanki Tanrı tərəfindən bizə bir yardımçı göndərildi, yanımızda "Qazel" markalı bir avtomobil dayandı, sürücü doğma azərbaycan dilində nə baş verdiyni soruşdu. Qərib eldə, çöllü-biyabanda doğma ana dilimizdə halımızı soruşub yardım edən insanın bu məqamda peyda olması bizi hədsiz sevindirdi, sevincdən sanki şoka düşdük. Əslən Goranboy rayonunun Qurbanzadə kəndindən olan Saləddin Babayev bildirdi ki, 50 km yaxınlıqda Rastov-Donun Miller rayonunun Qray-Voronets kəndində azərbaycanlıların çalışdığı restoran və maşın düzəldilən avto-sex var. Bizim maşını yedəyə qoşaraq həmin yerə gətirdi.
Orda məlum oldu ki, avtomobilin təmir edilməsi üçün mütləq yeni ehtiyat hissəsi lazımdır və onun gətirilməsi və quraşdırılması bir neçə gün çəkə bilər. Bu müddət ərzində avtomobilin təmiri, orda qalmağımız və yeyib-içməyimiz məlumdur ki, böyük xərc tələb edirdi. Bu məqamda biz yenə də Allahın böyük möcüzəsi ilə rastlaşdıq: əyləşdiyimiz Yaxşılıq  heç vaxt əvəzsiz qalmır-REALLIQstola orta yaşlı bir nəfər yaxınlaşaraq yenə azərbaycan dilində, "avtomobiliniz təmir olunanadək yemək-içməyiniz, qalmağınız hamısı restoran sahibinin hesabınadır",-deyərək qonşu stolda əyləşən ahıl yaşlı, nurlu bir kişini göstərdi. Restoran sahibi özü də yaxınlaşaraq, "bu müddət ərzində siz mənim qonağımsınız. Heç bir şey barədə narahat olmayın, utanıb-çəkinməyin, elə bilin öz evinizdəsiniz", -dedi. Biz bu sözlərdən çox təəsirləndik.
Yerli sakinlərlə olan söhbətimiz zamanı məlum oldu ki, 41 ildir vətəndən uzaqda yaşayan əslən Tərtər rayonunun Seydimli kəndindən olan 72 yaşlı bu, sözün həqiqi mənasında ağsaqqal Fərman Həsənov çox xeyirxah bir insandır. Ehtiyacı olan yerli sakinlərə də öz köməkliyini əsirgəmir, milli bayramlarımızda isə orda yaşayan azərbaycanlılara yardımlar edir. Bütün dövlət məmurlarının və yerli sakinlərin böyük rəğbətini qazanmışdır. Belə həmyerlimizlə həqiqətən fəxr duyduq. Fərman dayı ilə söhbət zamanı o, Ulu öndər Heydər Əliyevə və Azərbaycanın hazırki hakimiyyətinə böyük sevgi və ehtiramı olduğunu bildirdi.
Tərtər rayonunun Seydimli kəndindən olan və həmin yerdə matorist işləyən Zabil Qasımov da öz xeyirxahlığını bizdən əsirgəmədi, avtomobilin mühərrikini gün yarım ərzində böyük əziyyətlə təmənnasız təmir etdi.
Burda deyiblər ki, dünya yaxşılardan xali deyil. Etdiyin yaxşılıq isə heç vaxt əvəzsiz qalmır.
Tahir Xudiyev,
"Əlillər Dünyası" qəzetinin Baş redaktoru
06.09.2017

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ