SON DƏQİQƏ
» » Bakıda qurbanlıq qoyunlar satışa çıxarılıb: qiymətlər necədir? - REPORTAJ, FOTOLAR

Bakıda qurbanlıq qoyunlar satışa çıxarılıb: qiymətlər necədir? - REPORTAJ, FOTOLAR

Tarix:

31-08-2017, 21:26

/ 3 674 dəfə oxundu.
Bakıda qurbanlıq qoyunlar satışa çıxarılıb: qiymətlər necədir? - REPORTAJ, FOTOLAR

Sentyabrın birində və ikisində bütün dünya müsəlmanları kimin azərbaycanlılar da Qurban Bayramını qeyd edəcəklər. Niyyəti olanlar qurban kəsib qohumlara, qonşulara, ehtiyaclı insanlara paylayacaqlar. 
Artıq Bakıda bir çox yerlərdə qurbanlıq qoyunların satışı həyata keçirilir. 
Öncə qeyd edək ki, sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil etdiyi qurbanlıq heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq. Yarmarkalarda ilk dəfə olaraq Nazirliyin tabeliyində olan Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisələri MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.
Yuxarıda qeyd etdiyimiz kimi, artıq bir çox yerlərdə kəsim məntəqələri və satış yerləri fəaliyyət göstərir. Ukrayna dairəsi yaxınlığında yerləşən qurbanlıq qoyunların satış məntəqəsində olub, qiymətlər və ümumi vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, xüsusi hazırlanmış yerdə 100-ə yaxın qoyun satılır. Ətrafda isə maşınlarda onlar üçün yem saxlanılır.
Satıcı Məhərrəm kişi bildirdi ki, qoyunlar öz təsərrüfatına məxsusdur: "Burada gördüyünüz qoyunların hamısını Ağcabədidən gətirmişəm və öz təsərrüfatıma məxsusdur. Artıq bayrama bir gün qalsa da müştəri elə də çox deyil. Bir neçə nəfər bu gün gəlib, beh veriblər. Onların da sifariş verdikləri qoçları işarələyib saxlamışıq. Qiymətlərə gəlincə isə 25 kiloqram çəkisi olan qurbanlıq qoyunun ətinin bir kiloqramını 11 manata satırıq. 11-12 kiloqramlıq qoyunun bir kiloqramı isə 11.5-12 manatadır. Göründüyü kimi qiymətlərdə artım yoxdur. Elə adi günlərdə neçəyə satırdıqsa, indi də elədir. Nəzərə alırıq ki, camaatda pul yoxdur, vəziyyət yaxşı deyil. Ona görə də qiymətləri qaldırmırıq. Ötən illərlə müqayisədə kənddə də mal qıtlığı var. Yem bahadır, daşınma xərcləri çoxdur. Ona görə də camaat mal-qara saxlamır. Mal-qara ilə dolanmaq çətindir. Biz də əsasən elə nə qazanırıqsa, Qurban Bayramında qazanırıq. Qəssabların özləri də əvvəlki kimi mal almırlar. Onlar da deyirlər ki, ət satılmır”.
Satıcı bildirdi ki, insanlar daha çox buynuzlu qoçlara üstünlük verirlər: "Çoxu gəlir, qurbanlıq qoyunların arasında buynuzlu olanını axtarır. Onların əksəriyyəti xeyir işi olanlar, qız evinə qurbanlıq aparanlardır. Ona görə də qurbanlıq qoyunları gətirməzdən öncə təmizliklərinə də diqqət edirik. Ümumiyyətlə, qurbanlıq qoyun təmiz olmalıdır. Yəni bütün dini qayda-qanunlara əməl edirik. Elə müştəri də olur ki, heyvanın çəkisinə görə seçim edir. Onun üçün buynuzun və ya əlavə gözəlliyin olması önəmli deyil. Hər halda insanları nəzərə alıb, biz də gözəgəlimli, ən yaxşı heyvanlarımızı seçib, bura gətirmişik”.
Onu da xatırladaq ki, ötən il qurbanlıq qoyunların bir kiloqramı 9-10 manata satılırdı. Bu il isə qiymətdə 2 manat artım var.(musavat.com)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ