SON DƏQİQƏ

Bakıda qurbanlıq heyvanlar harada satılacaq?

Tarix:

29-08-2017, 15:33

/ 3 954 dəfə oxundu.
Bakıda qurbanlıq heyvanlar harada satılacaq?

Sentyabrın 1-də səhər saat 9:00-dan etibarən Qurban Bayramı ilə əlaqədar heyvanların satış yarmarkaları fəaliyyətə başlayacaq.

Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, yarmarkaların məqsədi əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar Kənd Təsərrüfatı Nazirliyi İqtisadiyyat Nazirliyi ilə birlikdə Bakı şəhərində təşkil ediləcək. Yarmarkalarda ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan DKTİM MMC-lərdə yetişdirilən xırda buynuzlu erkək heyvanlar satışa çıxarılacaq.

Qurbanlıq heyvanların satışı Nərimanov rayonu- Əliyar Əliyev küçəsi 26 Keşlə bazarının yanı, Xətai rayonu - "Nargilə" kafesinin yanı, Səbail rayonu -Badamdar qəsəbəsi Seymur Məmmədov küçəsi 8 ( Parkın yanı ),Yasamal rayonu- Şərifzadə küçəsi 196 "İdeal" şadlıq sarayının həyətində təşkil ediləcək.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ