SON DƏQİQƏ

Könül Xasıyevaya qarşı dələduzluq

Tarix:

20-08-2017, 07:52

/ 2 826 dəfə oxundu.
Könül Xasıyevaya qarşı dələduzluq

Xalq artisti Könül Xasıyevanın 70 min manatı dələduzluq yolu ilə ələ keçirilib.
GUNAZ.az xəbər verir ki, bu barədə qafqazinfo-ya müğənninin vəkili Şəfiqə Nağıyeva məlumat verib.
Onun sözlərinə görə, Xatirə Hacıyeva adlı şəxs 2014-cü ildə Könül Xasıyevadan 70 min manat alıb və hələ də qaytarmayıb:
"Pulunu ala bilməyən Xalq artisti polisə şikayət edib. Hazırda Nərimanov Rayon Məhkəməsindəyik. Xatirə Hacıyeva haqqında sanksiya çıxarılacaq".
Könül Xasıyevanın verdiyi məlumata görə, Xatirə Hacıyeva ona ev almaqda yardımçı olacağını bildirib:
"Mənə 200-250 minlik evi ucuz qiymətə almağa kömək edəcəyini dedi. Avtomaşınımı satdım, əlimdə olanları yığdım və 70 min verdim. Hələ də pulumu ala bilmirəm".
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ