SON DƏQİQƏ
» » Hacı Nuran: "İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq"- FOTO

Hacı Nuran: "İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq"- FOTO

Tarix:

26-05-2017, 18:09

/ 3 537 dəfə oxundu.
Hacı Nuran: "İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq"- FOTO

"Azərbaycanın xalq artisti, özünəməxsus səsi və ifa tərzi ilə xalqımızın sevgisini qazanmış Könül Xasiyevanı bu gün yoxlamağa getmişdim. Bildiyiniz kimi, son vaxtlar sevimli ifaçımız ağır xəstəlikdən əziyyət çəkir. Görüşümüz çox təsirli və kövrək oldu".
Bunu tanınmış teleaparıcı və "Həyat" Fondunun rəhbəri Hacı Nuran Hüseynov bildirib.
O, qeyd edib ki, xalq artistinə hərtərəfli yardım ediləcək: "İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq. Çünki yeni "Həyat" fondumuz ona dəstəkdir. Biz isə sizin hər birinizə güvənirik. Bu yaxınlarda "Həyat" fondunun televiziya versiyasında ətraflı danışb sizli bizli gözəl sənətçimizə dəstək olacağıq".
H.Nuran bildirib ki, "Həyat" Fondu xeyriyyə məqsədilə yaradılıb: "Məqsəd ehtiyacı olan xəstələrə kömək etməkdir. Həmin insanlar haqda məlumatları ATV kanalında yayımlanacaq "Həyat" verilişində sizinlə paylaşacağıq. Kömək etmək istəyənlər isə istənilən mobil operatordan 999 nömrəsini yığaraq 0 düyməsini basmaqla 50 qəpik, başqa düymələri, məsələn 5 düyməsini basmaqla 5 manat, 9 düyməsini basmaqla 9 manat yardım edə bilərlər. Yardımı həmçinin www.hayatfondu.az saytına daxil olaraq ordan da etmək mümkündür. Allah ona şəfa, bizlərinsə ürəyinə mərhəmət versin".
Qeyd edək ki, xalq artisti Könül Xasıyeva 3 gün əvvəl Hacı Nuranla birlikdə ATV-nin "10-dan sonra" proqramının qonağı olub. Verilişdə sözügedən fond vasitəsi ilə Könül Xasıyevaya 9 min manatlıq yardım köçürülüb. Könül Xasıyeva xərçəng xəstəsi olması ilə bağlı yayılan xəbərlərin həqiqətə uyğun olmadığını deyib. Xaql artisti artıq uzun müddətdir onurğa iflici və astma xəstəliyindən əziyyət çəkdiyini açıqlayıb.

GUNAZ.az 

Hacı Nuran: "İnanıram ki, Könül xanım tezliklə şəfa tapacaq"- FOTO

 


скачать dle 12.1

Şərhlər