SON DƏQİQƏ

Prezident yolun tikintisinə 5,8 milyon ayırdı

Tarix:

17-08-2017, 17:50

/ 2 978 dəfə oxundu.
Prezident yolun tikintisinə 5,8 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonunun Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
GUNAZ.az AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncama əsasən 8 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Çaparlı-Kəndoba-Cəlayir avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 5,8 milyon manatı "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
скачать dle 12.1

Şərhlər